"İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri" mövzusunda təlim
4 noyabr 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq memorandumuna müvafiq olaraq Universitetdə "Biznesin iqtisadiyyatı və menecment" kafedrasının təşkilatçılığı ilə "Menecment ", "Biznesin idarə edilməsi " və müvafiq ixtisaslar üzrə təhsilin bakalavr və magistr pilləsində təhsil alan tələbələr, gənc müəllimllər və doktorantlar üçün iqlim dəyişməsinə uyğunlaşma istiqamətində görülən işlərdən bəhs edən "İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri" mövzusunda təlim təşkil edilib.
Təlimdə giriş sözü ilə açan Universitetin tədris işləri üzrə prorekroru prof. Akif Qasımov iştirakçıların nəzərinə çatdırıb ki, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, bu ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) paytaxtımızda keçirilməsi belə bir təlimin təşkilini zəruri edib. Daha sonra kafedra müdiri prof. Məhəbbət Məmmədov və fakultə dekanı dos. Turan Aslanova mövzu ilə əlaqədar çıxış ediblər.
Mərkəzin direktor müavini i.e.d. Ramil Hüseyn təlimdə "İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri" mövzu ilə əlaqədar çıxış edib və son illər ölkəmizdə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində görülən işlər barədə məlumat verib. O vurğylayıb ki, 5-ci milli prioritetimiz " təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi"dir. O, qeyd edib ki, Azərbaycanın qlobal istixana qazı emissiyalarındakı payı 0,1 faiz olsada iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə aktiv iştirak edən ölkələrdəndir. Azərbaycan "yaşıl enerji" layihələrin dəstəkləməklə və "Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizlərinin reallaşmasında rol almaqla bu sahədə qlobal oyunçulardan birinə çevrilir. R.Hüseynin çıxışından sonra müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb. Onlarda "yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə vermək üçün konkret nümunələr göstərilib. COP29-un ölkəmizdə keçirilməsinin bu məsələdə oynayacağı önəmi qeyd olunub.
"İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri"mövzusunda təşkil edilən təlimdə uğurla iştirak edən tələbələrə sertifiktlar verilib.