İ.e.d., professor Məhəbbət Aşır oğlu Məmmədov Asian Academy of Sciences-in akademiki seçilmişdir
“Tikintinin iqtisadiyyatı və menecmenti” jurnalının baş redaktoru, i.e.d., professor Məhəbbət Aşır oğlu Məmmədov Amerika Akademik Cəmiyyəti olan Asian Academy of Sciences-in akademiki seçilmişdir
Hörmətli Məhəbbət müəllim!
Sizi Amerika Akademik Cəmiyyəti olan Asian Academy of Sciences-in həqiqi üzvü (akademiki) seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik.
Bu mötəbər elmi qurum tərəfindən yüksək qiymətləndirilməyiniz Sizin uzunillik səmərəli elmi fəaliyyətinizin, fundamental tədqiqatlarınızın və elmin inkişafına verdiyiniz dəyərli töhfələrin bariz göstəricisidir. Sizin əldə etdiyiniz bu böyük nailiyyət yalnız şəxsi uğurunuz deyil, həm də ölkəmizin elmi potensialının beynəlxalq miqyasda tanınmasına mühüm töhfədir.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, yeni-yeni elmi nailiyyətlər və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.