“İT yay” məktəbi təcrübə proqramı üzrə təlim
![“IT yay” mektebi tecrube proqrami uzre telim](https://timjurnal.az/uploads/2024/06/tap-0464.jpg)
12 iyun 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan Respublikası Access Bank arasında razılaşmaya müvafiq olaraq “Biznesin iqtisadiyyatı və menecment” və “İnformasiya texnologiyaları və sistemləri” kafedralarının təşkilatçılığı ilə 050408 - “Menecment”, 050402 - “Biznesin idarə edilməsi”, 050615 - “İnformasiya təhlükəsizliyi” və 050616 -“İnformasiya texnologiyaları” ixtisasları üzrə təhsil alan tələbələrə bankın İnkişaf departamenti və İnsan resursları departamentinin menecerləri “İT yay” məktəbi təcrübə proqramı ilə əlaqədar təlim keçirdilər. Tələbələrə bankda işə qəbul prosesləri haqqında ətraflı məlumat verdilər və tələbə və müəllimlərin suallarını ətraflı cavablandırdılar. Bu istiqamətdə tədbirlərin davamlı aparılması məqsədəuyğun hesab edildi və tədbirin koordinatorları dos. Bəşər Şirinov və b.m. Namiq Kazımov təyin edildi.