Redaktorlar üçün etik prinsiplər
Jurnalın redaktorları aşağıdakı etik prinsiplərini rəhbər tuturlar:
- redaksiya qərəzsizliyi;
- məxfiliyin qorunması (tədqiqatçıların, müəlliflərin, rəyçilərin);
- məqalələrə baxılarkən elmi etikaya riayət edilməsi, müəlliflər və rəyçilər arasında vicdanlı elmi müzakirənin təşviq edilməsi;
- nəşriyyat, redaktorlar və müəlliflər arasında müqavilə münasibətlərinin mövcudluğu;
- əqli mülkiyyət və müəllif hüquqlarının qorunması;
- ilkin mənbələrə istinad edilmədən başqa müəlliflərin əvvəllər dərc edilmiş materialların aşkarlanması (plagiat) zamanı, əlyazmadan imtina edilməsi;
- müəlliflərin, rəyçilərin şəxsi məlumatlarının və peşəkar qarşılıqlı fəaliyyət zamanı əldə edilmiş digər məlumatların açıqlanmaması;
- müəlliflərlə razılaşaraq məqaləyə redaksiya xarakterli dəyişikliklərin edilməsi.
Resenziyalaşdırma zamanı etik prinsiplər
Redaktorlar müəlliflər və rəyçilər arasında “maraqlar toqquşmasını” aradan qaldırmağa çalışırlar.
Redaktorlar məqalələri nəzərdən keçirərkən aşağıdakı əsas prinsiplərinə riayət edir:
- ekspert qiymətləndirməsinin məxfiliyinə riayət edilməsi;
- rəylərin hazırlanmasında obyektivlik və konstruktivlik;
- maraqların toqquşması barədə redaktorların məlumatlandırılması;
- rəyin məzmununa əlyazmanın mənşəyi, müəlliflərin milliyyəti, cinsi, dini və ya siyasi etiqadları təsir etməməlidir;
- rəyçilər resenziyalaşdırma zamanı əldə etdikləri məlumatdan şəxsi məqsədləri və ya başqa şəxslərin maraqları üçün istifadə etməməlidirlər.
Redaksiyaya təqdim olunan materialların müəllifləri məqalələrdə olan məlumatların düzgünlüyünə, materialların qanunvericilik, əxlaq və etik normalarına riayət edilməsinə görə tam məsuliyyət daşıyırlar
Redaktorlar müəlliflərdən aşağıdakı prinsiplərə əməl etmələrinə tövsiyyə edirlər:
- nəşr materiallarının etik və hüquqi normalara uyğunluğu;
- tədqiqatın orijinallığı və elmi yeniliyi;
- əldə edilmiş nəticələrin etibarlılığı: tədqiqatçılar işin yerinə yetirilməsi metodologiyasını aydın təqdim etməlidir ki, onların nəticələri digər tədqiqatçılar tərəfindən təsdiq olunsun;
- digər şəxslərin töhfələrinin tanınması, istifadə olunan elmi əsərlərə biblioqrafik istinadların təmin edilməsi;
- tədqiqatın bütün iştirakçıların həmmüəlliflər kimi təqdim edilməsi;
- nəşrdə səhvlərin və ya qeyri-dəqiqliklərin aşkar edilməsi barədə müəlliflərin məlumatlandırılması və səhvləri mümkün qədər tez aradan qaldırılması və ya nəşrin geri qaytarılması üçün redaktorlarla qarşılıqlı əlaqədə olması;
- məqalədə ilkin mənbələrə istinad edilmədən məlumatlardan istifadə edilməməsi (plagiat).
“Tikintinin iqtisadiyyatı və menecment” jurnalının redaksiya heyyətinin siyasəti Beynəlxalq Nəşr Etikası Komitəsinin (COPE) tövsiyələrinə əməl etməkdir.