“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MİLLİ İQTİSADİ INKIŞAF MODELI” monoqrafiyası
14 may 2020-ci il tarixində professor M.A.Məmmədovun təşkilat-çılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda elmi konfrans keçirilmişdir. Konfrans materialları, iqtisadçı alimlərin və mütəxəssislərin bu istiqamətdə apardıqları elmi tədqiqatlar əsasında prof. M.A. Məm-mədov “Heydər Əliyev və Azərbayca-nın milli iqtisadi inkişaf modeli” monoqrafiyası hazırlamış və onun elmi redaktorluğu ilə nəşr edilmişdir.
Monoqrafiyada müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi, hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən Azərbaycanın milli iqtisadiyyatının inkişaf modelinin çoxşaxəli strategiyasının formalaşması mərhələləri, xarakterik cəhətləri, müasir dövrdə ölkəmizin iqtisadiyyatının davamlı sosial-iqtisadi inkişafını təmin edən amillər və perspektiv inkişafının prioritetləri istiqamətlərində elmi tədqiqatlar,araşdırmalar və təhlilər aparan Azərbaycanın iqtisadiyyatının görkəmli iqtisadçı alimlərinin, nazirlik və universitet rəhbərlərinin, mütəxəssislərinin elmi məqalələri, elmi-praktiki yanaşmaları öz əksini tapmışdır.