“Maliyyə savadlığı” proqramı
// Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış müqaviləyə müvafiq olaraq "Biznesin iqtisadiyyatı və menecment” kafedrasının təşəbüsü ilə “Maliyyə savadlığı” proqramı çərçivəsində universitetdə İqtisadiyyat və İdarəetmə istiqamətləri üzrə təhsil alan tələbələrə 2017-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində Vergilər xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının aparıcı mütəxəssisləri tərəfindən qeyd olunan proqram çərçivəsində mütəmadi olaraq təlim seminarlar aparılır.
Bu tədbirlər İqtisadiyyat və İdarəetmə istiqamətləri üzrə təhsilin bakalavr və magistr səviyyəsində təhsil alan tələbələrə “Bank əməliyyatları”, “Nağdsız ödənişlər”, “Kreditlər”, “Kredit skorinqi” və “Mərkəzi Bankın virtual təhsil platforması” mövzusunda seminarlar keçirilmiş, 500 yaxın iştirakçıya müvafiq
sertifikatlar verilmişdir.
Mərkəzi Bankın təşkilatçılığı və Bank Tədris Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəf və “2018-2020-ci illərdə Azər-baycan Respublikasında Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası üzrə Təfsilatlı Tədbirlər Planının qeyri-iqtisadi profilli ixtisaslar üzrə iqtisadiyyat fənninin tədrisi üçün 2020-ci ilin ikinci yarımilində təhsil müəssisələrin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlərin təşkil olunması tədbirlərlərinə müvafiq olaraq 18-19 noyabr 2020-ci il də Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Mərkəzi Bank arasında bağlanmış müqaviləyə uyğun olaraq “Məsiliyyətli borcalma” mövzusunda vebinar keçirilmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri prof. Məhəbbət Məmmədov Mərkəzi Bankın Təlim Mərkəsi ilə mütamadi olaraq “Maliy-yə savadlılığı” Proqramı çərçivəsində Universitet-də “İqtisadiyyat və idarəetmə” istiqaməti üz-rə təhsil alan tələbələr, magistrlər və gənc müəllimlər üçün təlim tədbirlərin keçirilməsini xüsusi qeyd edərə
k, gələcəkdə bu tədbirlərin davamlı aparılmasının məqsədəuyğun olduğunu bildirdi.
Vebinarın sonunda tələbələrə və gənc müəllimlərə müvafiq sertifikatlar verilmişdir.