Celal Bayar Universitetində (Türkiyə Cümhuriyyəti) Uluslararası Türk Dünyası Strateji Araşdırmalar Konqresi
İqtisadiyyat və menecment istiqamətində elmi-tədqiqat, təhsil və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın aparılması, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi və inkişaf etdirilməsi məqsədi ilə AzMİU-nin "Xidmət sahələrinin iqtisadiyyatı və menecment" kafedrası və Türkiyə Cumhuriyyəti Celal Bayar Universiteti arasında memorandum imzalanmış.
Memorandumda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar mütəmadi olaraq qarşılıqlı seminarlar və təlimlər aparılır. Manisa Universitetinin doktorantı Təkməz Kulu kafedrada tədqiqat aparmış, dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır. Bu memoranduma müvafiq “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı: əsas meyillər və inkişaf istiqamətləri” Beynəlxalq konfransı və Movlana Değişim proqramına əsasən Celal Bayar Universitetində (Türkiyə Cümhuriyyəti) iki Uluslararası Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilmiş (TUDSAK) və hər iki Universitet bu konqresin təsisçisi və təşkilatçısı olmuş.
Tədbirdə müvafiq tədqiqatçı-alimlər iştirak etmiş, elmi toplu çap edilmiş. Hal-hazırda bu memorandumda nəzərdə tutulmuş tədbirlər üzrə işlər davam etdirilir. Celal Bayar Universitetində (Türkiyə Cümhuriyyəti) Uluslararası Türk Dünyası Strateji Araşdırmalar Konqresində "Xidmət sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının müdiri cıxış etmişdir.