"Ukraynada maliyyə bazarının inkişafı: təhlükələr, problemlər və pekspektivlər" IV Beynəlxalq Elmi-Praktik Konfrans

25 noyabr 2022-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti,

Ukrayna Təhsil və Elm Nazirliyi, "Yuri Kondratyuk adına Poltava Politexnik" Milli Universiteti, Maliyyə, İqtisadiyyat, İdarəetmə və Hüquq Elm və Tədris İnstitutu,

Polşa Belostok Texnologiya Universiteti, Xorvatiyanın Şimali Universiteti,

Şota Rustaveli adına Batumi Dövlət Universiteti (Gürcüstan),

Estoniya Beynəlxalq Tədqiqat, Təhsil və Təlim Mərkəzi,

Taras Şevçenko adına Kiyev Milli Universiteti,

Vasili Stus adına Donetsk Milli Universiteti,

Odessa Milli İqtisadiyyat Universitetlərinin təşkilatçılığı ilə keçirilən

"Ukraynada maliyyə bazarının inkişafı: təhlükələr, problemlər və pekspektivlər"

mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir

    Konfransada Universitetimizin “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, prof. M.A.Məmmədov çıxış edərək Azərbaycanın 30 il ərzində erməni aqressiyası nəticəsində tamamilə dağıdılmış və hal-hazırda Respublikamızın işğaldan azad edilmiş ərazilərin bərpası və Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında iqtisadiyyatın sahələrinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə infrastrukturların bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən işlər, Ağıllı kənd, Ağıllı şəhər, yaşıl iqtisadiyyat, yaşıl enerji layihələri haqqında ətrafli məlumat verdi. Eyni zamanda maliyyə bazarının inkişafı, onun təhlükəsizliyinin təmin edilməsi və dağıdılmış ərazilərin bərpası ilə Ukrayna Azərbaycanın təcrübəsindən istifadəsi təcrübəsindən Ukrayna və digər ölkələrin yarardığının xüsusi qeyd edildi.