"Tikintinin iqtisadiyyatı və menecment" jurnalının 10 illik yubileyi münasibətilə təbriklər

"Tikintinin iqtisadiyyati ve menecment" jurnalinin 10 illik yubileyi munasibetile tebrikler

“Tikintinin iqtisadiyyatı və menecment”
jurnalının baş redaktoru
i.e.d. professor Məhəbbət Məmmədova

Hörmətli Məhəbbət müəllim,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin iqtisadiyyatı və menecment" kafedrasının “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının 10 illik yubileyi ilə əlaqədar sizi
və jurnalın kollektivini təbrik edirəm. Sizin rəhbərliyinizlə ötən 10 il ərzində “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı böyük uğurlara imza ataraq, həm ölkə daxilində, həm də xaricdə tanınan elmi nəşrə çevrilib. Bu müddət ərzində jurnalda çap olunan və böyük əhəmiyyət kəsb edən yüzlərlə məqalə elmi ictimaiyyətin mühakiməsinə təqdim olunub. Azərbaycan Respublikasının elmi nailiyyətlərinin təbliğində müstəsna xidmət göstərmisiniz. Jurnalınız, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilən azsaylı nəşrlərdəndir. Eyni zamanda, jurnalınızın aparıcı beynəlxalq məlumat bazalarında - Google Scholar, Elibrary, RİNC, Academic Resource Index və INFOBASEINEDX - yer alması və Scopus verilənlər bazasına daxil olunması istiqamətində aparılan işlərdə əldə edilən uğurların göstəricisidir.
Məhz “Copernicus” beynəlxalq indeksləşdirmə bazası tərəfindən jurnalın fəaliyyətinin müsbət qiymətləndirilməsi, fəaliyyətinizə verilən yüksək qiymətin əlamətidir. Bu yubiley münasibətilə bir daha sizi təbrik edirəm və inanıram ki, gələcəkdə jurnalının daha böyük uğurlarının şahidi olacağıq. Bu əlamətdar tarixdə “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının Scopus və “Web of Science” kimi nüfuzlu bazalarda indekslənən elmi jurnalların siyahısında yer almasını arzulayıram.

Hörmətlə,
icraçı direktor i.e.d. professor V.Qasımlı