"Tikintinin iqtisadiyyatı və menecment" jurnalının 10 illik yubileyi münasibətilə təbrik

"Tikintinin iqtisadiyyati ve menecment" jurnalinin 10 illik yubileyi munasibetile tebrik

Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təsis olunmuş, “Tikinti İqtisadiyyatı və menecment” jurnalının 10 yaşı tamam olur.

Ötən bu illər ərzində biliklərin aktual problemlərini müzakirə edən bu nüfuzlu akademik jurnal uğurlu inkişaf yolu keçərək, təkcə Azərbaycanda deyil, həm də beynəlxalq miqyasda tanınan və axtarılan müasir elmi dövrü nəşrə çevrilmişdir.

O, öz oxucularına tikinti və onun menecmenti sahəsində geniş çevrədə orijinal elmi tədqiqatlara və innovativ yanaşmalara marağın artırılmasını və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin yayılmasını təşviq etmək kimi nəcib və mühüm missiyanı yerinə yetirir.

Onun hədəf auditoriyasını alimlər, doktorantlar, ayrı-ayrı tədqiqatçılar, tələbələr, ekspert icması nümayəndələri, ayrı-ayrı mütəxəssislər və səhifələrində işıqlandırılan məsələlərlə maraqlanan geniş oxucu kütləsi ehtiva edir.

Elmi mövzular ətrafında intellektual müzakirələrə və fikir mübadiləsinə daim açıq olan jurnalın hər bir nəşri nəzəri müdrikliyi, dərin elmi və metodoloji təhlil dərinliyi, yüksək keyfiyyəti və hərtərəfli təqdimat sistemliyi ilə seçilir.

O, peşəkar nəşrlərdən biri kimi tikinti və onun idarə edilməsi sferasında və genişliklə iqtisadiyyatın bütün sahələrində rəqabət qabiliyyətliliyi artırmaq səylərində etibarlı tərəfdaş və köməkçi kimi çıxış edir.

Onun uğuru ilk növbədə baş redaktorunun böyük təşkilatçılıq bacarığı, nüfuzlu redaksiya heyətinin və fəaliyyət səmərəliliyi ilə seçilən kollektivinin yaradıcı səylərinin nəticəsidir.

Daim tükənməz həvəs və enerjili fəaliyyəti sərgiləyən Baş redaktor professor, iqtisad elmləri doktoru, hörmətli Məhəbbət Məmmədova, redaksiya heyəti və bütün kollektivinə bu şərəfli yubiley hadisəsi ilə bağlı jurnalının inkişafını davamlı edərək yeni hədəflərə nail olmaq, maraqlı mövzular və istedadlı müəlliflər dairəsini genişləndirərək yaradıcılıq uzunömürlüyü arzulayırıq.

 

Dərin ehtiramla,

 

Azərbaycan Respublikası

Nazirlər Kabineti Aparatının

Sənaye və energetika şöbəsinin müdiri

iqtisad elmləri doktoru, professor Elşən Hacızadə