Prof. M.A.Məmmədovun 70-illik yubileyi münasibəti ilə Bibliografiya nəşr edilib

Prof. M.A.Memmedovun 70-illik yubileyi munasibeti ile Bibliografiya nesr edilib

Prof. M.A.Məmmədovun 70-illik yubileyi münasibəti ilə Bibliografiya nəşr olunub

"ELM" nəşriyyatında Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin iqtidafiyyatı və menecment" kafedrasının müdiri, i.e.d., professor M.A.Məmmədovun 70-illik yubileyi münasibəti ilə BİBİOGRAFİYASI nəşr edilib. 

Biblioqrafiyada görkəmli iqtisadçı-alim, iqtisad elmləri dokrotu, professor Məhəbbət Aşır oğlu Məmmədovun həyatı, elmi-pedaqoji, dövlət qulluğu və siyasi fəaliyyəti əks etdirilmişdir. Monoqrafiyaya alimin təhsil, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti, beynəlxalq tədbirlərdə, konqres və simpoziumlarda iştirakı və çıxışları, görkəmli dövlət, elm və ictimai xadimlərin  fikirləri və mülahizələri, elmi araşdırmaları haqqında rəy və dəyərləri, həmçinin elmi əsərlərinin biblioqrafiyası daxil edilmişdir.

Biblioqrafiya-monoqrafiya iqtisadiyyat və idarəetmə sahəsində  elmi araşdırmalar aparan və elmi – pedoqoji fəaliyyət göstərən  proffesor - müəllimlər, tədqiqatçı   alimlər  və mütəxəssislər, ali məktəbin bakalavr və magistr səviyyəsində   təhsil alan  tələbələr, doktorantlar, dissertantlar  eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.