İQTİSADİ DİRÇƏLİŞİMİZİN SƏBƏBKARI
İQTİSADİ DİRÇƏLİŞİMİZİN SƏBƏBKARI
Dünyanın harasında olursa-olsun azərbaycanlı oldugumla daim fəxr etmisəm. Buna mənim haqqım var. Tarix boyu dünya ölkələrinin diqqət mərkəzində olmuş Azərbaycan məmləkəti öz zəngin təbiəti, geosiyasi mövqeyinə görə çəkişmələrəmeydan olmuşdur. Dünya sivilizasiyanın hərb tarixinin parlaq simalarından olan - Babəklər, Xətailər, Fatehlər yetişdirən məmləkət XX əsrdə də fəxr etməli şəxsiyətlər yetişmişdir.
Müasir mərhələdə bir ölkə öz iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya etməməkdən beynəlxalq standart lara uyğun inkişaf etdirə bilməz. 70 il sovet imperiyasının bir tərkib hissəsi olan Azərbaycan, iqtisadi və siyasi müstəqillik qazandıqdan sonra gənc, müstəqil dövlətin iqtisadiyyatını yenidən qurulması və onun inkişafının təmin edilməsi çox mürəkkəb bir proses idi. Bu problemin həll edilməsində, dünya ölkələri ilə iqtisadi əlaqələrin yaradılmasında böyük iqtisadi təcrübəyə malik olan Heydər Əliyevin rolu əvəzedilməzdir. Azərbaycanda aparılan iqtisadi islahatların həyata keçirilməsinə, Qərbin aparıcı iqtisadi-maliyyə strukturlarının cəlb edilməsinə dair Ankarada, Londan ve Parisdə dünya iqtisadi qurumları tərəfindər keçirilən müxtəlif tədbirlərdə H.Əliyevin Azərbaycan gerçəkliyi və onun iqtisadi resursları haqqında çıxışlar ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmli rol oynadı. Bundan başqa "EKO" dövlətlərarası regional iqtisadi əməkdaşlıq təşkilatının yaranması və onun səmərəli fəaliyyət göstərməsində mərhum prezident böyük əmək sərf etmişdir. Özündə 10-dan artıq ölkəni birləşdirən bu təşkilatın əsas məqsədisə quruma daxil olan dövlətlərin müxtəlif sahələr üzrə iqtisadi inteqrasiyasının yaradılması və bu dövlətlərin sosial iqtisadi inkişaflarını təmin edilməsindən ibarət idi.
O ömrünü nəinki respublikada yaşayan azərbaycanlıların və eləcə də onun hüdudlarından çox-çox uzaqlarda yaşayan azərbaycanlıların maariflənməsinə, sosial-iqtisadi inkişafına sərf etmişdir. Borçalıda yaşayan azəri türklərinin bütün qayğıları mərhum prezident H.Əliyevin daim diqqət mərkəzində olmuşdur. Məhz 1994-cü ildə H.Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ağsaqqallarla görüşlər keçirmiş və konkret tapşırıqlar vermişdir. Ağstafa, Qazaxda həmsərhəd olan azərbaycanlılar yaşayan Gürcüstan kəndinin bir çoxunu əvəzi ödənilmədən, yəni Azərbaycan Respublikasının hesabına elektrik enerjisi ilə hemin olunmasını misal göstərə bilərik. Bundan başqa, 1996-cı ildə iki ölkənin o dövürkü başçıları. Heydər Əliyev və Eduard Şevardnadze cənablarıın təşəbbüsü ilə "Azərbaycan Respublikasının milli məclisi ilə Gürcüstan parlamenti arasında qarşılıqlı əlaqələrin inkişafı proqrami"nin tərtib edilib və hayata keçirilməsi Gürcüstanda yaşayan azərbaycanlılara olan diqqət və qayğıdan xəbər verir. Bu iki prezident arasındakı səmimi dostluq bu bölgədə yaşayan azərbaycanlıların öz doğma vətənində sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına və gələcəyə ümidlə baxılmasının bir qarantı olmuşdur. H.Əliyev Gürcüstanda çıxışlarının birində "Dünyanın bütün yerlərində Azərbaycan diasporasına ehtiyac olsa da, Gürcüstanda buna gərək yoxdur. Çünki, Gürcüstan azerbaycanlıların doğma torpağı və vətənidir"! demişdir. Bu isə həqiqi dostluq və əməkdaşlığın təzahürüdür. Bu gün H.Əliyev bizi tərk etsə də, onun siyasi kursunun davamçısı olan İlham Əliyev cənabları bizdə sabaha olan inamı daha da artırmışdır. Mən cənab prezidentə bu kursun davam etdirilməsində uğurlar diləyirəm.
10 may Heydər Əliyevin anma günündə biz onun bizə yadigar qoyub getdiyi Müstə qil Azərbaycanın daha parlaq və nurlu sabahı üçün birǝşməliyik. Biz bütünlüklə türkçülüyün və Türk dünyasının inkişafı üçün birləşməliyik. Bu yolda bütün dünya türklərinə və xüsusilə Azərbaycan xalqına uğurlar arzulayıram!
Məhəbbət Məmmədov
“Aydın fikir”qəzeti, 9 may 2005-ci il.