Maliyyə Savadlılığı mövzusunda təlim seminarı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının təşəbbüsü və təşkiatçılığı ilə  Mərkəzi Bankda ixtisasar üzrə 60 nəfər tələbə üçün Maliyyə Savadlılığı mövzusunda təlim seminarı keçirilmişdir

    Seminarlarda “Əmanətlərin sığortalanması” və “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzuları əhatə olunmuş, Mərkəzi Bankın maliyyə savadlılığı portalı və elektron resurslarına dair ətraflı məlumat təqdim edilmişdir. Seminarlar Mərkəzi Bankın əməkdaşları Aytən Hacıyeva və Ülfət Yusifov, Vəkillər kollegiyasının üzvü Pərviz Hüseynov tərəfindən aparılmışdır. Seminarlar zamanı mövzular ətrafında müzakirələr olmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

     AzMİU tələbələri üçün Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) yer alan dörd distant kurs üzrə müsabiqə də elan olunmuş və müsabiqənin şərtləri barədə iştirakçılara məlumat verilmişdir. Müsabiqə aşağıdakı kursları əhatə edir:

“Uşaqlar və pullar”

“Sığortaya giriş”

“Bankçılıq və rəqəmsal ödənişlər”

“İzafi borclanma: problemlər və tövsiyələr”

      Müsabiqədə yuxarıda adları qeyd olunan dörd distant kurs üzrə orta nəticəsinə görə qalib olan 3 tələbə - Əlizadə Zülfiyyə, Nigar Mirzəyeva, Nuriyyə Şəfizadə - və fərqlənən 5 tələbəyə - Tükəzban Hüseynova, Aygün Quliyeva, Tünzalə Şahbazova, Həyat Ağayeva və Lalə Abdürəhmanovaya qiymətli hədiyyələr verilib, o cümlədən, kursları uğurla tamamlamış bütün tələbələrə sertifikatlar təqdim edilib.

   Müsabiqədə uğur qazanan tələbələrlə AzMİU-nun “Biznesin iqtisadiyyatı və menecment” kafed-rasında görüş keçirilib. Görüşdə universitetin sosial məsələlər və ictimayyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri Məhəb-bət Məmmədov və kafedra-nın müəllimləri iştirak ediblər.

      Görüş zamanı Orxan Naqdiyev və Məhəbbət Məmmədov çıxış edərək tələbələri qazandıqları uğura görə təbrik ediblər və daha böyük müvəffəqiyyət qazanmaları üçün onlara aktiv olmağı, daim öz üzərilərində işləməyi tövsiyyə ediblər.