"Tikintinin iqtisadiyyatı və menecment" jurnalının 10 illik yubileyi münasibətilə təbriklər

"Tikintinin iqtisadiyyati ve menecment" jurnalinin 10 illik yubileyi munasibetile tebrikler

Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təsis olunmuş, “Tikintinin İqtisadiyyatı və menecment” jurnalının 10 yaşı tamam olur.

Ötən bu illər ərzində biliklərin aktual problemlərini müzakirə edən bu nüfuzlu akademik jurnal uğurlu inkişaf yolu keçərək, təkcə Azərbaycanda deyil, həm də beynəlxalq miqyasda tanınan və axtarılan müasir elmi dövrü nəşrə çevrilmişdir. O, öz oxucularına tikinti və onun menecmenti sahəsində geniş çevrədə orijinal elmi tədqiqatlara və innovativ yanaşmalara marağın artırılmasını və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin yayılmasını təşviq etmək kimi nəcib və mühüm missiyanı yerinə yetirir. Onun hədəf auditoriyasını alimlər, doktorantlar, ayrı-ayrı tədqiqatçılar, tələbələr, ekspert icması nümayəndələri, ayrı-ayrı mütəxəssislər və səhifələrində işıqlandırılan məsələlərlə maraqlanan geniş oxucu kütləsi ehtiva edir. Elmi mövzular ətrafında intellektual müzakirələrə və fikir mübadiləsinə daim açıq olan jurnalın hər bir nəşri nəzəri müdrikliyi, dərin elmi və metodoloji təhlil dərinliyi, yüksək keyfiyyəti və hərtərəfli təqdimat sistemliyi ilə seçilir. O, peşəkar nəşrlərdən biri kimi tikinti və onun idarə edilməsi sferasında və genişliklə iqtisadiyyatın bütün sahələrində rəqabət qabiliyyətliliyi artırmaq səylərində etibarlı tərəfdaş və köməkçi kimi çıxış edir. Onun uğuru ilk növbədə baş redaktorunun böyük təşkilatçılıq bacarığı, nüfuzlu redaksiya heyətinin və fəaliyyət səmərəliliyi ilə seçilən kollektivinin yaradıcı səylərinin nəticəsidir. Daim tükənməz həvəs və enerjili fəaliyyəti sərgiləyən Baş redaktor professor, iqtisad elmləri doktoru, hörmətli Məhəbbət Məmmədova, redaksiya heyəti və bütün kollektivinə bu şərəfli yubiley hadisəsi ilə bağlı jurnalının inkişafını davamlı edərək yeni hədəflərə nail olmaq, maraqlı mövzular və istedadlı müəlliflər dairəsini genişləndirərək yaradıcılıq uzunömürlüyü arzulayırıq.

 

Dərin ehtiramla,

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının

Sənaye və energetika şöbəsinin müdiri

iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

____________________________________________________________

 

“Tikintinin iqtisadiyyatı və menecment”
jurnalının baş redaktoru
i.e.d. professor Məhəbbət Məmmədova

Hörmətli Məhəbbət müəllim,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin iqtisadiyyatı və menecment" kafedrasının “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının 10 illik yubileyi ilə əlaqədar sizi
və jurnalın kollektivini təbrik edirəm. Sizin rəhbərliyinizlə ötən 10 il ərzində “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı böyük uğurlara imza ataraq, həm ölkə daxilində, həm də xaricdə tanınan elmi nəşrə çevrilib. Bu müddət ərzində jurnalda çap olunan və böyük əhəmiyyət kəsb edən yüzlərlə məqalə elmi ictimaiyyətin mühakiməsinə təqdim olunub. Azərbaycan Respublikasının elmi nailiyyətlərinin təbliğində müstəsna xidmət göstərmisiniz. Jurnalınız, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilən azsaylı nəşrlərdəndir. Eyni zamanda, jurnalınızın aparıcı beynəlxalq məlumat bazalarında - Google Scholar, Elibrary, RİNC, Academic Resource Index və INFOBASEINEDX - yer alması və Scopus verilənlər bazasına daxil olunması istiqamətində aparılan işlərdə əldə edilən uğurların göstəricisidir. Məhz “Copernicus” beynəlxalq indeksləşdirmə bazası tərəfindən jurnalın fəaliyyətinin müsbət qiymətləndirilməsi, fəaliyyətinizə verilən yüksək qiymətin əlamətidir. Bu yubiley münasibətilə bir daha sizi təbrik edirəm və inanıram ki, gələcəkdə jurnalının daha böyük uğurlarının şahidi olacağıq. Bu əlamətdar tarixdə “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının Scopus və “Web of Science” kimi nüfuzlu bazalarda indekslənən elmi jurnalların siyahısında yer almasını arzulayıram.

Hörmətlə,
icraçı direktor i.e.d. professor V.Qasımlı

________________________________________________________________________

Sayın Editörler Kurulu,
Bu derginin tüm hakemleri, yazarları ve okuyucuları,
Değerli meslektaşlarım,
Kıymetli akademisyenler,

“Construction Economics and Management” adlı bu çok önemli dergimizin 10. kuruluş yıldönümü vesilesiyle sizleri en kalbi duygularla tebrik ediyor ve selamlıyorum. Son on yıl zarfında dergimizin bilimsel itibarının artması, Copernicus gibi uluslararası indekslerde taranması, akademik camiada yüksek başarıyla temsil edilmesi, Crossref üyeliğinin elde edilmesi, çok kaliteli ve nitelikli bilimsel araştırmaların yayımlanması, editörler kurulunun profesyonelliğinin ve fedakâr emeğinin açık bir göstergesidir. Derginin ekonomi, yapı ekonomisi ve yönetim alanlarında bilimsel bilgi ve düşüncenin gelişimine yaptığı bu büyük katkı özellikle takdire şayandır. Eminim ki, önümüzdeki yıllarda da dergi bilim dünyasında daha büyük başarılar kazanarak Scopus gibi saygın uluslararası veri tabanlarına dahil olarak sahip olduğu güçlü konumunu daha da güçlendirecektir. Bu anlamlı yıldönümü münasebetiyle en başta değerli dostum Prof. Mehebbet Aşır Memmedov muallim olmak üzere dergimizin editörler kurulunun tüm üyelerini, araştırmacı yazarlarını, hakemlerini ve katkı veren diğer çalışanlarını içtenlikle tebrik ediyor, desteklerinizin artarak devamını bekliyor ve çalışmalarınızda üstün başarılar diliyorum.

Nice nice 10 yıllara…

Selam, Sevgi ve Saygılarımla

Prof. Dr. Ahmet Vecdi Can
Kuzey Makedonya Uluslararası Vizyon Üniversitesi Rektörü

_________________________________________________________________

“Tikintinin İqtisadiyyatı və Menecment” dergisinin 10. yılını en içten dileklerimle kutluyorum. Kuruluşundan bu yana bilimsel titizliği, akademik etik ilkeleri ve kolektif sorumluluk anlayışını temel alarak gelişen bu değerli yayının editör kurulunda yer almak benim için her zaman büyük bir onur ve gurur kaynağı olmuştur. Bu anlamda beni yayın kuruluna üyelik ile taltif edeb derginize şükranlarımı sunuyorum.  On yıl boyunca derginin yalnızca ulusal değil, uluslararası akademik camiada da saygınlık kazanması; farklı indekslerde görünürlüğünü artırarak alanında güvenilir bir referans noktası hâline gelmesi, bütün ekibin özverili çalışmasının bir sonucudur. İnşaat ekonomisi ve yönetimi disiplinine katkı sunan nitelikli çalışmaların buluştuğu bu bilimsel platformun oluşmasında emeği geçen tüm yazarları, hakemleri ve editör arkadaşlarımı gönülden tebrik ediyor; her birinin bu on yıllık başarı yolculuğunda önemli bir paya sahip olduğunu özellikle vurgulamak istiyorum. Derginin, bilimsel standartlarını her yeni sayıda daha da ileri taşıyan dinamik yapısıyla, önümüzdeki yıllarda da alanına yön veren güçlü bir akademik mecra olarak yoluna devam edeceğine yürekten inanıyorum.
 
Bu anlamlı yıldönümünde “Tikinti İqtisadiyyatı və Menecment” dergisine nice başarılı, üretken ve her görüşten bilim insanına katkı sağlayan uzun yıllar diliyorum.
 
Prof. Dr. Mustafa MIYNAT
__________________________________________________________________

“Tikintinin iqtisadiyyatı və menecment” jurnalının baş redaktoru, 
iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədova 

Sizi və rəhbərlik etdiyiniz “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının kollektivini  nəşrin 10 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 
Bu illər ərzində jurnalın ölkəmizdə elmi fikrin inkişafına, iqtisadiyyat və idarəetmə sahəsində  aparılan tədqiqatların sistemli şəkildə işıqlandırılmasına verdiyi töhfələr son dərəcə dəyərlidir. 
Jurnal ölkənin akademik ictimaiyyəti, ali təhsil müəssisələri və praktiki sahə üzrə  mütəxəssislər arasında etibarlı elmi platforma formalaşdırmaqla, həm də tikinti, iqtisadiyyat  və menecment istiqamətlərində yeni elmi ideyaların təşviqinə xidmət etmişdir. 
Sizə və kollektivinizə gələcək fəaliyyətinizdə yeni yaradıcılıq uğurları, yüksək elmi  nailiyyətlər və davamlı inkişaf arzulayıram. Əminəm ki, jurnal bundan sonra da elmi  araşdırmaların təşviqi, gənc tədqiqatçıların inkişafı və ölkə elminin beynəlxalq aləmdə  tanıdılması istiqamətində mühüm rol oynamaqda davam edəcəkdir. 

Dərin hörmətlə,  
Strateji inkişaf  və Beynəlxalq Əlaqələr üzrə Prorektor  
i.e.d., prof. Elşad Məmmədov

_______________________________________________________________________

              Уважаемая редакционная коллегия, авторы и читатели журнала! 
Примите мои искренние поздравления по случаю знаменательного  события – 10-летнего юбилея журнала. За прошедшее десятилетие издание  прошло значимый путь становления, укрепления научной репутации и  формирования собственного академического пространства, став авторитетной  платформой для обмена знаниями и представления результатов исследований  в сфере менеджмента и смежных дисциплин.  Сегодня журнал по праву занимает достойное место среди научных  изданий, объединяя вокруг себя широкий круг исследователей, экспертов и  практиков. Высокий уровень публикуемых материалов, строгие стандарты  рецензирования и открытость к актуальным научным идеям способствуют 
развитию профессионального диалога и укреплению научного сообщества. Для меня является большой честью быть частью Вашей команды.  Вступление в редколлегию и участие в рецензировании материалов – значимый этап моего профессионального пути. Публикации в Вашем журнале  открыли новые возможности для научного развития и стали важным вкладом  в мою академическую деятельность. 
От всей души желаю журналу дальнейшего процветания, расширения международного сотрудничества, притока талантливых авторов, заинтересованной аудитории и успешной реализации новых научных проектов. Пусть последующие годы станут для издания временем новых достижений, творческого роста и укрепления его авторитета в научном мире. 

С уважением и наилучшими пожеланиями, 
Надежда Бочарова,        
доцент кафедры менеджмента  Харьковского национального автомобильно- 
дорожного университета, Украина

___________________________________________________________________________

            Уважаемые коллеги! 
От всей души поздравляю редакцию и читателей журнала «Экономика  строительства и менеджмент» с замечательным событием - 10-летним  юбилеем издания. За это время журнал прошёл значимый путь развития: от становления на национальном уровне до уверенного присутствия в международных индексных базах и признания профессиональным 
сообществом. Ваше стремление к качеству научных публикаций, открытость к сотрудничеству и последовательное движение к интернационализации сделали журнал важной площадкой для обмена знаниями в сфере экономики строительства, управления и смежных дисциплин. Особое уважение вызывает целеустремлённая работа по интеграции издания в мировое научное пространство. 
Желаю коллективу журнала, всем читателям дальнейших достижений, творческой энергии, расширения научного партнерства. Пусть следующие десятилетия будут наполнены новыми идеями, глубокими исследованиями и признанием на международной арене. 

С юбилеем и искренним уважением! 
Заведующая кафедрой менеджмента Харьковского национального автомобильно-дорожного  университета,  
доктор экономических наук,  профессор  Оксана Криворучко

________________________________________________________________________

“Tikinti İqtisadiyyatı və Menecment” jurnalının

baş redaktoru, i.e.d., prof. Məhəbbət Məmmədova

Hörmətli Məhəbbət müəllim!

Sizi “Tikinti İqtisadiyyatı və Menecment” jurnalının 10 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu on ildə jurnalınız təkcə tikintinin iqtisadiyyatı sahəsinin elmi əsaslarının inkişafına mühüm töhfələr vermiş həm də oxuculara təqdim olunan araşdırmalar, analitik məqalələr və praktiki materiallar mənbəyi kimi diqqət çəkmişdir. Jurnalın fəaliyyətində elmi obyektivlik, sahəyə peşəkar yanaşma və aktual problemlərin araşdırılması daim əsas xətt olub. Bu, Sizin Redaksiya heyətinin işinə göstərdiyi məsuliyyətin, əməksevərliyinin və elmə olan sədaqətinin bariz göstəricisidir. Özünüz üçün müəyyən etdiyiniz missiyanı — elmi fikrin inkişafına, yeni idarəetmə modellərinin təşviqinə və tikinti sektorunun modernizasiyasına dəstək vermək vəzifəsini — peşəkarlıqla yerinə yetirmisiniz. Müstəqillik yolunda inamla irəliləyən ölkəmizin infrastruktur obyektlərin, inkişafında gördüyünüz işlərin xüsusilə əhəmiyyətli olduğunu vurğulamaq istəyirəm. Tikinti iqtisadiyyatı və menecmenti sahəsi Azərbaycanın genişmiqyaslı iqtisadi transformasiya proseslərinin aparıcı istiqamətlərindən biridir. Bu baxımdan jurnalınızda aparılan elmi müzakirələr, ölkədə həyata keçirilən layihələrin obyektiv və dolğun təhlili, həm də beynəlxalq təcrübənin düzgün qiymətləndirilməsi strateji əhəmiyyət daşıyır. Gələcəkdə iqtisadiyyat elminə töhvə vermək istəyən gənc alimlərin məqalələrinin dərc olunmasına daha geniş yer verməyiniz, onların fikirlərinə, tədqiqatlarına və elmi axtarışlarına dəstək göstərməyiniz xüsusi əhəmiyyət daşıyır. Çünki elmi mühitin davamlı yenilənməsi, yeni baxışların ortaya çıxması və innovativ yanaşmaların yayılması məhz gənc tədqiqatçıların fəal iştirakı ilə mümkün olur. Bu baxımdan jurnalınızın gənc alimlər üçün açıq platforma yaratması, onların fikir mübadiləsinə qoşulmasına şərait formalaşdırması həm elm, həm də praktiki sahə üçün mühüm investisiyadır. Bu cür yanaşma, bir tərəfdən elmi mühitin canlanmasına, elmi rəqabətin və sağlam müzakirə mühitinin güclənməsinə səbəb olur, digər tərəfdən isə gələcək peşəkar kadrların yetişməsinə şərait yaradır. Gənc tədqiqatçıların jurnal vasitəsilə elmi fəaliyyətə daha inamla addım atması, onların peşəkar inkişaf yolunda mühüm stimul olacaqdır. Əminəm ki, Siz bu missiyanı gələcəkdə də uğurla davam etdirəcək, həm elmi ictimaiyyətə, həm də ölkənin intellektual potensialına yeni töhfələr verəcəksiniz. Bu əlamətdar gün münasibətilə Sizi bir daha təbrik edir, jurnalınızın qarşıdakı illərdə də ölkəmizin elmi mühitinə və iqtisadi inkişaf proseslərinə dəyər qatacağına inandığımı bildirirəm. Sizə möhkəm sağlamlıq, yeni yaradıcılıq planları və davamlı uğurlar arzulayıram. Sizə və rəhbərlik etdiyiniz redaksiya kollektivinə qarşıdakı fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayıram. Əminəm ki, jurnalınız bundan sonra da öz inkişaf xəttini qoruyub saxlayacaq, elmi ictimaiyyətin etibar etdiyi nüfuzlu platforma kimi fəaliyyətini daha da gücləndirəcək.

Hörmətlə,

Vahid Novruzov

Professor, iqtisad elmləri doktoru Auditorlar Palatasının sədri

_______________________________________________________________________

_______________________________________________________

Bu günlərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təsis olunmuş elmi-prakti “Tikinti İqtisadiyyatı və menecment” jurnalının 10 yaşı tamam olur.

Jurnal Rusiya Elmi istinadlar indeksi (RINC) məlumat bazasında yerləşdirilmiş, Elmi Elektron Kitabxana (eLIBRARY) ilə lisenziya müqaviləsi bağlamışdır. Beynəlxalq məlumat bazalarında yerləşdirilməsi jurnalda nəşr olunan elmi məqalələrin geniş təbliğ edilməsində xüsusi əhəmiyyətə malikdir. Maraqlı elmi-tədqiqat işlərinə, innovativ mövzulara yer ayıran jurnal tikinti və idarəetmə sahəsində çalışan alimlər, tədqiqatşılar, ekspertlər, mütəxəssislər arasında soruşulan bir nəşr orqanına çevrilmiş, böyük populyarlıq və geniş auditoriya qazanmışdır. Jurnalda müasir dövrün tələblərinə uyğun olaraq dərc olunan məqalələr tikinti və iqtisadiyyat sahəsində elm və təhsilə informasiya təminatı yaradır, beynəlxalq iqtisadi münasibətlərin araşdırılması, risklər, müqayisəli təhlil, məşğulluq və peşəkar kadrların hazırlanması,  innovativ iqtisadiyyat və digər bu kimi sahələrdə nəzəri-praktiki biliklərin vəhdəti və istehsalata tətbiqi sahəsində müzakirələrə yol açaraq oxucü kütləsinə beynəlxalq təcrübə qazanmağa böyük köməklik göstərir. Daim elmi axtarışda olan peşəkar kollektivə, yüksək təşkilatçılıq qabiliyyətinə və tükənməz enerjiyə malik Baş redaktoru olan, ötən illər ərzində biliklərin aktual problemlərini müzakirə edən bu nüfuzlu akademik jurnal uğurlu inkişaf yolu keçərək, təkcə Azərbaycanda deyil, həm də beynəlxalq miqyasda tanınan və axtarılan müasir elmi dövrü nəşrə çevrilmişdir. Ümidvarıq ki, beynəlxalq nüfuz qazanmış jurnal bundan sonra da uzun illər elmi ictimaiyyət arasında qazandığı uğurları artıraraq, tikinti sahəsində çalışan iqtisadçı alimlərin, professor-müəllim heyətinin, bu sahədə yetişməkdə olan gənc nəslin inkişafına öz tohfəsini verməkdə davam edəcəkdir. Bu yolda jurnalın beynəlxalq redaksiya heyətinə, Baş redaktor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Biznesin iqtisadiyyatı və menecment” kafedrasınin müdiri, i.e.d., professor Məhəbbət Məmmədova tükənməz enerji, cansağlığı və elmi fəaliyyətində uğurlar, 10 yaşlı jurnala dünyanın uzunömürlü dərgilərindən biri olmaq, maraqlı mövzular, daim artan nüfuz, inkişaf və davamlı rəqabət qabiliyyəti arzu edirəm.

Dərin hörmətlə,

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin

Elm, texnika və nanotexnologiyalar Departamentinin rəisi, Azərbaycan Respublikasının

Əməkdar mühəndisi, Rusiya Mühəndislik akademiyasının həqiqi xarıci üzvü, dosent

Nazim Vəliyev