Məmmədov Məhəbbət Aşır oğlu – i.e.d., professor, “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri. AzMİU-də elm-tədris fəaliyyəti ilə yanaşı, 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika, 2010-cu ildən 2016-cı ilə kimi Energetika Nazirliyində “Dövlət və Beynalxalq proqramların hazırlanması və icrasına nəzarət” şöbəsinin müdiri vəzifəsində çalışmış, Nazirliyin Kollegiyasının üzvü və dövlət qulluğunun Baş üzvü və baş müşaviridir. Azərbaycan Respublikası Yanacaq Enerji Kompleksinin inkişafı üzrə 2005-2015-ci illər, iqtisadiyyatın istehsal və qeyri-istehsal saəhələri üzrə hazırlanan dövlət proqramlarının, inkişaf konsepsiyalarının işçi qrupunun üzvü olaraq dövlət proqramının hazırlanmasında 69 Dövlət Proqramlarının  işçi qrupunun üzvü, sahələr üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət etmişdir. Eyni zamanda Alternativ və Bərpa olunan enerji mənbələrinin İnkişaf Strategiyası və Tədbirlər Planının hazırlayan işçi qrupunun üzvüdür, Azərbaycan Respublikası prezidenti yanında AAK-ın İqtisadiyyat elmləri üzrə ekspertiza şurasının üzvü olmuşdur.                                                 

           Prof. M.A.Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.10.2014-cü il tarixli 325 saylı qərarı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının üzvi təsdiq edilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən D 02.042 dissertasiya şurasının sədr müavini, 5312.01 - “Sahə iqtisadiyyatı” dissertasiya şurasinin sədri olmuş, Azərbaycan Respubilkası Elm və təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda İqtisad Elmləri üzrə Koordinasiya şurasında fəaliyyət göstərmiş və hal-hazırda bu institutda sahə iqtisadiyyatı ixtisası üzrə dissertasiya şurasının üzvüdür. Azərbaycan Respublikası Auditorlar Palatasının fəxri auditorudur. 1996-cı ildən  “Elm” səğorta şirkətinə rəhbərlik etmişdir.                                                                                                                           

           Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.