Vüsal Qasımlı AzMİU-da “Böyük qayıdış: strategiya və icra” adlı təqdimatla çıxış edib

Vusal Qasimli AzMIU-da “Boyuk qayidis: strategiya ve icra” adli teqdimatla cixis edib

      İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda “Böyük qayıdış: strategiya və icra” adlı təqdimatla çıxış edib.

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan tədbirdə rektor professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı ilə bağlı tədqiqatlara töhfə verəcəyini vurğulayıb. Konfransın Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafını, iqtisadi potensialının qiymətləndirilməsini, Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial, mədəni həyatına qovuşmasını hədəflədiyini deyib.

     2 günlük beynəlxalq tədbirə Azərbaycanın nüfuzlu dövlət qurumlarının rəsmiləri, eləcə də özəl qurumlardan, ali təhsil ocaqlarından nümayəndələr, Türkiyə, Rusiya, Ukrayna, Makedoniyanın qabaqcıl universitetlərindən elm adamları qatılıb. 

https://ereforms.gov.az/az/730