“Ukrayna müəssisələrinin iqtisadiyyatının və idarə edilməsinin inkişafının müasir tendensiyaları” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans
17 noyabr 2023-cü il tarixində Xarkov Milli Avtomobil-Yol Universitetində (Ukrayna) təsisçiliyi ilə və “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının dəstəyi ilə Ali Təhsil Müəssisələrinin və Gənc Alimlərin “Ukrayna müəssisələrinin iqtisadiyyatının və idarə edilməsinin inkişafının müasir tendensiyaları” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransı keçirilmişdir
Tədbir Xarkov Milli Avtomobil-Yol Universitetinin "Menecment" kafedrası tərəfindən təşkil edilmişdir. Konfransın həmtəsisçisi Azərbaycan Memarlıq və İnşaat Universitetidir.
Konfransda "Biznesin iqtisadiyyatı və menecment" kafedrasının professor-müəllim heyyəti, doktorantlar və magistrlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə Xarkov Milli Avtomobil-Yol Universitetinin rektoru, texnika elmləri doktoru, professor V.A.Boqomolov çıxış edib.Universitetimizin adından giriş sözü ilə “Biznesin iqtisadiyyatı və menecment” kafesrasının müdiri, professor M.A.Məmmədov çıxış edib. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ukrayna universitetləri, o cümlədən Xarkov Milli Avtomobil və Yol Universiteti ilə birgə beynəlxalq konfranslar, qarşılıqlı elmi məqalələrin hazırlanması və nəşri, layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində uzunmüddətli əlaqələrin olduğunu qeyd etdi. Prof M.A.Məmmədov bildirilib ki, elmi-praktik konfransın mövzusu müasir şəraitdə çox aktualdır. O, eyni zamanda, universitetimizin hərtərəfli beynəlxalq əlaqələrinin inkişafına daim dəstək olan AzMİU-nin rektoru, professor G.H.Məmmədovanın salamlarını konfransın təşkilatçılarına və iştirakçılarına çatdırdı. Məruzələrlə dos. Ə.M.Əliyev, dos. A.Ə.Abasova, i.ü.f.d. X.İ.Qəniyev, b.m.L.Ə.Ələkbərova, doktorant Ş.İ.Əliyev, magistrant Z.Q.Yaqubzadə, doktorant M.B.Qasımlı çıxış ediblər.
Konfransda çıxışlar müəssisələrin iqtisadiyyatı və sahibkarlığının inkişaf perspektivləri, təşkilati idarəetmə və inzibatçılıq, logistika və marketinqin idarə edilməsi, maliyyə menecmenti və idarəetmənin inkişafının sosial-siyasi aspektləri kimi geniş tematik sahələri əhatə edən beş bölmə üzrə edilmişdir.
Tədbirdə Ukrayna, Azərbaycan, Polşa, Avstriya, Qazaxıstan, Litva, Hollandiya, Almaniya, Norveç və Türkiyə daxil olmaqla 10 müxtəlif ölkədən 216 tədqiqatçı çıxış etmişdir. Bunlar 43 ali təhsil müəssisəsini təmsilçiləri olmuşdur. Bu tədbir iqtisadiyyat və müəssisələrin idarə edilməsi sahəsində müasir çağırışlara dair müxtəlif ölkələrdən olan ekspertlərin təcrübə, innovativ ideya və fikirlərinin mübadiləsi üçün mühüm platformaya çevrilmişdir.
Alimlər və konfrans iştirakçıları iqtisadiyyat və müəssisələrin idarə edilməsi sahəsində gələcək artım və təkmilləşdirmə yollarını birgə müəyyən etməyə çalışaraq strategiyaları və inkişaf imkanlarını fəal şəkildə müzakirə etdilər. Tədbir iqtisadiyyat və idarəetmə sahəsində bilik mübadiləsi və tədqiqat üçün qüvvələrin birləşdirilməsinin vacibliyini əks etdirdi.