Sertifikatların təqdimatı
Azərbaycan Memarlıq və İnşaat Universitetində iqtisadiyyat və idarəetmə istiqamətində bakalavr pilləsində təhsil alan tələbələrə Mərkəzi Bankın Maliyyə Savadlılığı proqramı çərçivəsində təlimində qalib sertifikatlarının təqdimatı.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında onların maliyyə savadlılığının artırılması məqsədilə “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” başlığı altında 6 aprel - 30 may 2023-cü il tarixlərində təşkil etdiyi müsabiqə başa çatdı.
Müsabiqəyə 2940 nəfərdən çox iştirakçı maraq göstərmiş, 61 tələbə müsabiqədə iştirak etmiş və onlardan 34 iştirakçı uğur qazanmışdır.
Onlardan 9 tələbə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadiyyat və idarəetmə istiqamətində bakalavr pilləsində təhsil alır.
- Mirzəyeva Nigar Oqtay qızı (89,7) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Zeynalova Lamiyə Akif qızı (89,5) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- əfizadə Nuriyyə Yusif qızı (87,3) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Məmmədli Ramazan Məmməd oğlu (87,1) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Xuduyev Qismət İntizam oğlu (86,9) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Əzizov Orxan Təyyar oğlu (86,3) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Hüseynova Tükəzban Vaqif qızı (84,3) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Ramazanlı Esmira Çingiz qızı (83,7) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Əlizadə Zülfiyyə Eldəniz qızı (83,1) - Azərbaycan Memarlıq və İnşaat Universiteti
UĞURLAR GƏNCLƏRİMİZƏ
Qalib olan tələbələrə sertifikatları "Biznesin iqtisadiyyatı və menecment" kafedrasının müdiri, i.e.d., professor M.A.Məmmədov təqdim etmişdir.