Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş “Qələbənin rəqəmləri və faktları” mövzusunda Moskva şəhərində keçirilən Beynəlxalq Statistik Viktorinada qalib olan tələbələrə sertifikatlar təqdim edildi

Boyuk Veten Muharibesinde Qelebenin 80 illiyine hesr olunmus “Qelebenin reqemleri ve faktlari” movzusunda Moskva seherinde kecirilen Beynelxalq Statistik Viktorinada qalib olan telebelere sertifikatlar teqdim edildi

                          

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 5 dekabr 2024-cü il tarixində keçirilmiş iclasın 71 saylı qərarı ilə təsdiq edilmiş, “MDB Statiktikanın inkişafı” layihəsinin 2025-ci il üzrə iş plana əsasən Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş “Qələbənin rəqəmləri və faktları” mövzusunda Moskva şəhərində keçirilən Beynəlxalq Statistik Viktorinada Azərbaycan Respublikasında 6 Universitetdən 100 nəfər tələbə, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetində  təhsil alan 22 tələbə iştirak etmişdir. Bu tələbələrdən “Menecment” ixtisası üzrə 15 nəfər, “Biznesin idarə edilməsi” ixtisası üzrə 2 nəfər, “İqtisadiyyat” ixtisası üzrə 1 nəfər və “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə 4 nəfər iştirak etmiş və Beynəlxalq Statiktika Viktorinasının qalibi olmuşdurlar.

Azərbaycan Memarlıq və İnşaat Universitetində 08.05.2025-ci il tarixində Qələbənin 80 illiyi münasibətilə “Qələbənin rəqəmləri və faktları” mövzusunda Moskva şəhərində keçirilən Statistik Viktorinada iştirak edən 22 nəfər tələbəyə Universitetin Tədris işləri üzrə prorektoru? prof. Akif Qasımov sertifikat təqdim etmişdir. Tədbirdə “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri prof. Məhəbbət Məmmədov, “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının dosenti Bəşər Şirinov, Karyera şöbəsinin müdiri Xanlar Qəniyev, Tələbə Həmkarlar Təşkilatının Sədri Şahmar Rəfili çıxış edərək tələbələri qalib olmaqları münasibətilə təbrik etdilər.